Bakıda çox yeni avtobuslar (FOTO)

Bu avtobuslara nə benzin, nə də dizel yanacağı lazım gələcək

Türkiyənin "Bozankaya" şirkəti Almaniyanın Hannover şəhərində təşkil olunan sərgisində yeni avtobus markasını təqdim edib. 
ANS PRESS-in məlumatına görə, "E-bus" adlanan və elektriklə işləyən avtobus sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. 

Relslərin üstündə hərəkət edən avtobuslara bir çox ölkələr maraq göstərdiyi deyilir. Türkiyə şirkətindən verilən açıqlamada bildirilib ki, Almaniyanın bir çox bələdiyyələri, Şimali Avropa ölkələri, İsveçrə, İran və Azərbaycandan "E-Bus"lara sifarişlər gəlib. /

Google+ WhatsApp ok.ru