Bakıda partlayış baş verib, xəsarət alanlar var 25 İyul 2017 01:00 Hadisə Bakıda partlayış baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı otluq sahədə yanğın başlayıb. Binanın birinci mərtəbəsində yaşayan Yüzbəyov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman istilik xətlərinin keçdiyi hissədə naməlum səbəbdən partlayış baş verib. Nəticədə hər iki şəxs xəsarət alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayışın səbəbləri və mənbəyinin dəqiqləşdirilməsi üçüm araşdırmalara başlanılıb. Teqlər : #Bakıda partlayış baş verib,#xəsarət alanlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda bina yanır (VİDEO) Şəmkirdə dəhşət: Qatar ana və iki övladının üstündən keçdi - FOTO