Bakıda piyadanı vuran avtomobil idarəetmədən çıxaraq “KamAZ”-a çırpılıb, iki nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib.
 
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.
 
Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
 
“VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Google+ WhatsApp ok.ru