Bakıda piyada vuruldu, tıxac yarandı - FOTOLAR

Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib. 
 
Bu gün saat 14 radələrində paytaxtın Heydər Əliyev prospektində 20-25 yaşlarında olduğu bildirilən bir nəfər kişi yolu keçərkən "Opel Astra" markalı avtomobil tərəfindən vurulub. 
 
Hadisə yerinə dərhal təcili tibbi yardım əməkdaşları gəlib. Onların sözlərinə görə, vurulan şəxsin vəziyyəti olduqca ağırdır. 
 
Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı prospektdə uzun tıxac yaranıb. 
 
Hazırda yol polisi əməkdaşları prospektdə hərəkəti bərpa etmək istiqamətində iş aparırlar. 
 
Bundan başqa, sürücü dərhal saxlanılaraq, polis əməkdaşları tərəfindən ərazidə yerləşən bölməyə aparılıb. 
 
Hadisə ilə bağlı araşdırmaya başlanılıb. 
 

Google+ WhatsApp ok.ru