Bakıda polisin “dayan” əmrinə əməl etməyən sürücü qəza törətdi

Gecə Bakının Xətai rayonunda iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Yusif Səfərov küçəsindən üzü Babək prospektinə doğru hərəkət edən “Daevoo” marklı maşınla, “Toyota” marklı nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı “Toyota”nın sürücüsü xəsarət aldığından ona hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. 
 
Hadisənin necə baş verməsinə gəlincə isə, qəzadan əvvəl “Daevoo”nun sürücüsü yol polisisinin saxlama əmrinə riayət etməyərək yolunu davam etdirib. Bu zamanı isə “Daevoo”nun yoluna Babək prospektindəki yol ötürücüsünün altında yerləşən dairəyə qaydaları pozaraq əks istiqamətlə daxil olan “Toyota” çıxıb. Elə bu zaman da avtoqza qeydə alınıb. 
 
“Daevoo”nun sürücüsü Elgün Məmmədov qəza zamanı içkili olduğunu etiraf edib və qarşısına çıxdığı üçün digər avtomobili vurduğunu deyib. 
 
Hadisə yerinə Xətai rayon polis idarəsinin və dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub. Hadisə yerində araşdırma aparılandan sonra avtomobillər cərimə meydançasına aparılıb. 
 
Sürücülərin izahatları alınandan və təyin edilən avtotexniki ekspertizanın rəyi məlum olandan sonra qəzaya hüquqi qiymət veriləcək.

Google+ WhatsApp ok.ru