Bakıda qətl törədilib

Prokurorluq Bakının Nizami rayon ərazisində törədilən qətllə bağlı məlumat yayıb.
 
Nizami Rayon Prokurorluğundan verilən məlumatda qeyd olunur ki, sentyabrın 9-da Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 25 saylı evin həyətində Teymurov Cəfər Ədalət oğlu ilə naməlum şəxs arasında baş vermiş mübahisə zamanı sonuncuya daxilə nüfuz edən kəsilmiş deşilmiş xəsarət yetirilib. C.Teymurov almış olduğu xəsarət nəticəsində “Azərsutikinti” xəstəxanasında vəfat edib.
 
Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Hüseynov Şahnamiq Məmmədhəsən oğlu saxlanılıb.  
 
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.  

Google+ WhatsApp ok.ru