Bakıda Qədir-Xum bayramı münasibətilə tədbir keçirildi

Qarşıdan İslamın böyük və əzəmətli bayramlarından olan Qədir-Xum bayramı gəlir. Dünyanın hər bir yerində Əhli-beytə (ə) məhəbbəti olanlar bayram tədbirləri keçirməkdədir.

 

Bu münasibətlə Gənc Əhlibetsevərlə Forumu və Dəyərlər Oxucular Klubu da seminar-bauram tədbiri keçirmişdir. Tədbir qari Kərbəlayi Elnurun mübarək Qurani Kərimdən Qədir-Xumla bağlı ayələri oxuması ilə başlanıb. Daha sonra tədbiri giriş sözü ilə açan Dəyərlər Oxucular Klubunun moderatoru Rüfət Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və Qədir-Xum gününün mahiyyətindən söz açıb.

 

Daha sonra çıxış üçün söz Həsən Əliyə verilib. O, çıxışını Qədir-Xum hadisəsinin İmamət baxımından təhlili üzərində qurub. Natiq vurğulayıb ki, əslində Qədir-Xum İmamətin başlanğıcı hesab oluna bilər.

 

Növbəti çıxış edən Gənc Əhlibeytsevərlər Forumunun moderator Taleh Nadiroğlu Qədir-Xum ilə Aşura arasında paralellərdən söz açıb. O, vurğulayıb ki, Aşura günü Qədir-Xumun məntiqi davamıdır.

 

Çıxışında dünyada Qədir-Xumun yaşadılması ənənələrindən danışan növbəti natiq Mehdi Fərəc, bu bayramın yalnız müsəlman ölkələrində deyil, eləcə də əksər Avropa ölkələrində qeyd edilməsindən söz açıb.

 

Çıxış edən Novruzəli Əziz Qədir-Xumun yaşadılmasında gənclərin və social medianın rolundan danışıb. Natiq qeyd edib ki, gənclik ilk öncə bu bayramın ideallarını öz həyatında tətbiq etməli, eyni zamanda bu günün tanıdılmasında fəal olmalıdır.

 

Tədbirdə iştirak edən ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Qədir-Xum bayramının keçirilməsinin önəmliliyinə vurğu edib. Hacı İlqar bildirib ki, hər kəs bu bayramı qeyd etməyi öz ətrafından, öz evindən başlamalıdır.

 

Tədbirdə Qədir-Xum hadisəsinin səhnələşdirildiyi video-çarx maraqla izlənib. Daha sonra seminar qonaqların maraqlı çıxışları ilə davam edib.

 

Seminar hissəsi yekunlaşdıqdan sonra, şirniyyat süfrəsi ətrafında toplaşan gənclər səmimi abhavada bayramı qeyd etmişlər. /

 

 

 

 

Google+ WhatsApp ok.ru