Bakıda qəssab buğa əvəzinə öz boğazını kəsdi

Bakıda qəssab buğa əvəzinə öz boğazını kəsdi

Bakının Yasamal rayonunda qəssab ehtiyatsızlıqdan boğazından bıçaqlanıb.
 
Maide.Az  APA-ya istinadla  xəbər verir ki, 1994-cü il təvəllüdlü Abdullayev Ruslan Fariz oğlu iribuynuzlu heyvanı kəsərkən ayağı sürüşərək yıxılıb. Qəssab əlindəki bıçağın üzərinə düşüb. Bıçaq onun boğazına keçib.
 
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
 
 
 

Google+ WhatsApp ok.ru