Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər 13 Noyabr 2019 11:47 Ölkə Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib. Maide.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir: "Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində 300-ə yaxın yeni dayanacaq pavilyonları qurulub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətindən təhvil alınan təxminən 900-ə yaxın dayanacaq pavilyonunun 50%-i təmir edilib. Yəni, bu, davamlı prosesdir. Qapalı dayanacaqlara gəlincə isə hazırda belə bir plan yoxdur, amma gələcəkdə bunun mümkünlüyünü istisna etmirəm". Teqlər : #Bakıda,#qapalı,#avtobus,#dayanacaqları,#yaradıla,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metroda sıxlıq qatarların intervalında gecikmələr yaradıb Sabahın hava proqnozu açıqlanıb