Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı

Nuriyev subay olub, heç yerdə işləməyib və qohumlarının yanında qalıb

Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı.
 
Əldə olunmuş məlumata görə, intihar hadisəsi iyulun 20-də Buzovna qəsəbəsində, 24 nömrəli Telman küçəsində baş verib
 
Paytaxt sakini, 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
 
Qohumları alovu söndürsələr də, Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən 8 saat sonra dünyasını dəyişib.
 
“İlkin araşdırma zamanı məlum olub ki, Nuriyev subay imiş, heç yerdə işləməyib və qohumlarının evində qalırmış. O özünü elə həmin evin önündə yandırıb. Nuriyev Qarabağ müharibəsində iştirak edib və güman olunur ki, müharibə kişini psixoloji vəziyyətində dərin iz buraxıb”, - deyə, prokurorluqdan bildiriblər.
 
Faktla bağlı araşdırma davam edir. 

Google+ WhatsApp ok.ru