Bakıda `Qarabağı və Qüdsü unutma! – İşğal olunmuş torpaqlarla həmrəylik` konfransı keçirildi-FOTO

Bakıda `Qarabağı və Qüdsü unutma! – İşğal olunmuş torpaqlarla həmrəylik` konfransı keçirildi-FOTO

Mübarək Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Bu, işğal olunmuş ərazilərlə həmrəylik simvolu olaraq keçirilən, məzluma dəstək, zalıma etiraz səciyyəsi daşıyan bir tarixdir.

 

Azərbaycanımızda da bu tarixin qeyd edilməsi – artıq ictimaiyyətdə oturuşmuş bir ənənə xarakteri alıb. Erməni faşistlərinin tapdağı altında Qarabağı inləyən bir millətə, sionizmin onminlərlə qurban hesabına zəbt etdiyi, bütün dünya müsəlmanlarının and yeri, ilk qibləsi olan Qüdslə bağlı hisslər çox tanışdır.

 

Dəyərlər Oxucular Klubu və DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) bu münasibətlə "Qarabağı və Qüdsü unutma! – İşğal olunmuş torpaqlarla həmrəylik" mövzusunda konfrans keçirmişdir. Ənənəvi olaraq, tədbir Qurani-Kərimin tilavəti ilə başlamışdır.

 

Daha sonra tədbiri giriş sözü ilə açan DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədrİ, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Qüds gününün bir sıra xüsusiyyətlərinə toxunub. Hacı İlqar bu günün İslam günü olmasına diqqət çəkərək, Qüds gününün yaşadılmasının özündə əslində bütün İslamın yaşadılmasını ehtiva etdiyini bildirib.

 

Çıxış edən N.Mikayıloğlu "21-ci əsrin insanı üçün Qüds gününün tanıtımının əhəmiyyəti" mövzusunda danışaraq, bu əsrdə Qüds gününün mahiyyətinin çatdırılması, Qüds gününün bir coğrafi anlam daşımadığını bəyan etməyin hər zamandan daha önəmli olmasına diqqət çəkib.

 

Çıxış edən Ülviyyə Bədəl "Qüds və Qarabağ - İslam ümmətinin ortaq ağrı simvolu" mövzusu ətrafında ingilis dilində geniş təqdimatını konfrans iştirakçıları ilə bölüşüb.

 

Növbəti çıxışçı A.Əzizov "Geopolitik həndəsədə Qüds amili" ətrafında danışaraq, bu günün yaşadılmasının bütün müsəlman coğrafiyasında siyasi təsirlərindən danışıb.

 

Çıxış edən X.Quliyeva "Qarabağ dərdi Qüds dərdini anlatdı" mövzusunda danışaraq, Qüds probleminin Qarabağ kimi böyük bir problem yaşamış bir xalqa nə qədər doğma olmasına vurğu etdi.

 

Növbəti çıxış edən E.Muxtaroğlu "Qarabağ və Fələstin: işğalın davam etməsinə təsir edən amillər" mövzusunda geniş məruzə ilə çıxış edib.

 

Çıxış edən İ.Mehdiyev "Qarabağ və Qüdsün işğal səbəbləri" mövzusunda danışaraq, bu işğalın indiyə qədər davam etməsinə təsir edən amillərə vurğu etdi.

 

Növbəti çıxışçı M.Həmzəli "İmanlı insanın həyatında Qarabağ və Qüds ağrısı dərkinin rolu" mövzusunda danışaraq, bu problemlərin, bu ağrıların bütün müsəlman dünyasının birləşmə nöqtəsi ola biləcəyinə vurğu etdi.

 

Tədbir cəmlə "Fərəc" duasının oxunması ilə yekunlaşdı.(deyerler.org)

 

 

Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri

 

Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri

 

Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri


Bakıda möhtəşəm Qüds Günü tədbiri

Google+ WhatsApp ok.ru