Bakıda qardaş bacısını öldürüb, sonra özünə xəsarət yetirib

Bakının Xəzər rayonunda qardaş bacısını ödürüb, daha sonra özünə xəsarət yetirib.
Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, rayonun Şüvəlan qəsəbə sakini Ceyhun Qulamovla bir evdə yaşadığı bacısı Arifə arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Qulamov bacısının baş nahiyəsindən küt alətlə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra C.Qulamov hər iki biləyini kəsərək özünə xəsarət yetirib. 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən C.Qulamov polis nəzarətindədir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən ad öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Google+ WhatsApp ok.ru