Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib

Tükürpərdici qətl Suraxanı rayonunda baş verib. Qum adası, Zeytun bağları adlanan ərazidə  kirayədə qalan, 40 yaşlıların Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində  olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin zədəsi alan Elnarə  Nəcəfova yerindəcə keçinib.
 
Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi  6 aylıq Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular dərhal polisə məlumat veriblər.
 
Hadisə yerində müayinə aparıldıqdan sonra  cəsədlər Suraxanı rayonu Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya şöbəsinə aparılıb. Şərqiyyə  Hüseynova saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam  edir.

Google+ WhatsApp ok.ru