Bakıda qeyri-adi mağaza - Burada kitablar 20 qəpiyə satılır -VİDEO

Bakıda qeyri-adi mağaza - Burada kitablar 20 qəpiyə satılır -VİDEO

Biznes universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Çünki bu mağazada kitablar cəmi 20 qəpiklə-1 manat arasındakı qiymətlə satılır.
 
Maide.Az Xəzər TV-yə istinadən məlumatına görə, söhbət Nizami metrosunun yaxınlığında Zərgərpalan küçəsi 137 ünvanındakı maraqlı kitab mağazasından gedir.
 
Ziya Balıyev kitabların ucuz qiymətə satılmasının alıcılar tərəfindən maraqla qarşılandığını deyir.
 
Mağaza sahibi insanların kitabların olan sevgisini artırmaq üçün belə təşəbbüslərin sayının artmasını istəyir. 
 
Onun fikrincə belə ucuz qiymətə olan kitab mağazaları bölgələrdə də yaradılmalıdır ki, insanların oxumağa maraqları artsın.

Google+ WhatsApp ok.ru