Bakıda Rəsulallahın (s) mövluduna həsr edilmiş mənəvi-intillektual treninq keçirilib

Dəyərlər Oxucular Klubunun xanım üzvləri Rəsulallahın (s) mövluduna həsr edilmiş mənəvi-intillektual tədbir təşkil ediblər.

Tədbir, mənəvi-intellektual treninq formatında keçirilib.Tədbirdə iştirak edən xanımlar 6 komandaya bölünərək, aşağıdakı mövzular üzrə müzakirələr aparıb.
İslam və elm;
İslamda əxlaq konsepsiyası;
İslamın ailə institutuna münasibəti;
İslam və uşaq tərbiyəsi;
İslamın şadlanmağa baxışı;
İslamda bayram konsepsiyası.
Treninqin gedişatında hər komandadan bir nümayəndə çıxış edərək, seçdikləri mövzunu iştirakcılara məruzə-prezentasiya edib. Məruzələr mövzu və təqdimat baxımından iştirakçılar tərəfindən qiymətləndirilib. Beləcə, növbə ilə bütün mövzular işıqlandırıldı və iştirakçılar tərəfindən qiymətləndirilib.
Tədbirin yekununda iştirakçılar qarşısında İçərişəhər "Cümə" məscidinin imam-camaatı, "Dəyərlər" AİN baş redaktoru Hacı İlqar İbrahimoğlu çıxış edib. O, xanımların bu təşəbüsünün təqdirəlayiq olduğunu qeyd etdi və belə tədbirlərin silsiləvi keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Dəyərlər Oxucular Klubunun xanım üzvləri klubun gələcək planlarını müzakirə etdilər. deyerler /

 

 

Google+ WhatsApp ok.ru