Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alan var - FOTO

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.
 
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə saat 07.30 radələrində Xətai rayonunda qeydə alınıb.
 
“DAEWOO” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “SHACMAN” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.apa/
 

Google+ WhatsApp ok.ru