Bakıda sərnişin avtobusu aşıb

Bakının Xətai rayonunda sərnişin avtobusu qəza törədib. Zığ yolu şösesində qeydə alınan hadisə zamanı 23 saylı xətt üzrə hərəkət edən “IVEKO” maraklı sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı beton səkilərə çırpılıb. Bundan sonra avtobus yolun hərəkət istiqamətinə aşıb. Bu vəziyyətdə vəziyyətədə bir neçə metr məsafə də qət edən avtobus səkilərə ilişərək dayanıb.

YPX-nin isnpektoru Ruslan Həsənov sürücünün sənədlərinin olmadığını, avtobusun yüksək sürətlə hərəkət etdiyini deyib.

Hadisə vaxtı maşında sərnişinlərin olmaması qəzanın xəsarətsiz ötüşməsinə səbəb olub. Aşmış avtobus normal vəziyyətə gətirildikdən sonra cərimə meydançasına aparıldı.

Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün şəhər yol polis idarəsində araşdırmalara başlanılıb. anspress/

 

Google+ WhatsApp ok.ru