Bakıda sərnişin avtobusu dayanacağa girdi, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu dayanacağa girdi, xəsarət alanlar var

Sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub. "Mercedes" markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb. M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayancağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin - 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.
 
Qəza nəticəsində bir neçə maşın əzilib, yaralananlar var. Qəza zamanı maşınlardan biri yoldan çıxaraq stadionun həyətinə düşüb. 
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı dayanacaqda olan sərnişinlərdən də yaralananlar olub.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.(criminal.az)
 
 

Google+ WhatsApp ok.ru