Bakıda sərnişinlər dayanacaqlarda qalıb

Bakıda sərnişinlər dayanacaqlarda qalıb

Hazırda paytaxtda müşahidə edilən güclü qar səbəbilə çox sayda vətəndaş dayanacaqlarda qalıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev Modern.az-a açıqlama verib.
 
O qeyd edib ki, hazırda paytaxt yollarının hərəkət hissəsi qarla örtüldüyündən nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaranıb:
“Digər nəqliyyat vasitələri kimi avtobuslarda da aşağı sürət həddi ilə hərəkət edirlər. Bu səbəbdən yollarda tıxac yaranıb və avtobuslar gecikir”.
 
M.Ağayev deyib ki, hər hansı daşıyıcının avtobusları xəttə buraxmaması kim hal müşahidə edilmir:
 
“Hazırda bizə 18 nömrəli avtobusla bağlı şikayət daxil olub. Vətəndaşlar uzun müddətdir avtobusu gözlədiklərini bildirirlər. Biz daşıyıcı ilə əlaqə saxladıq, bildirdilər ki, bütün avtobuslar xəttə buraxılıb. Sadəcə yolların təhlükəli olması ilə bağlı avtomatik olaraq sürət həddi aşağı düşdüyündən, avtobuslar ünvana vaxtında çata bilmir”.
 

Google+ WhatsApp ok.ru