Bakıda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var
-Yenilənib/FOTO

Bakıda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var -Yenilənib/FOTO

-- xəsarət alanlar xəstəxanalra yerləşdirilib

Bu gün səhər saatlarında Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BBC News Azərbaycancaya bildirib ki, bir nəfər qadın hadisə yerində ölüb, xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.
 
Onun sözlərinə görə, xəsarət alan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.
 
09:16
 
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az xəbər verir ki, hadisə yerində “oxu.az”ın əməkdaşı olub. Onun verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı “90-OJ-802” dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.
 
Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.
 
Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru