Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Maide.Az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. 

Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 17 yaşlı oğlana yerində yardım edilib.
 
 Daha bir xəbərə Bu gün Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.  

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

İlkin məlumata görə, Biləcəri qəsəbəsində baş verən yol qəzasında bir qadın və bir kişi dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru