Bakıda saxlanılan vəhhabilər arasında Qamət Süleymanovun müavini də var

Bakıda radikal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
 
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.
 
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb.
Qamət Süleymanov  musavat.com-a deyib ki, saxlanılan Adil Rəcəbov mənim müavin deyil, mənimlə onun heç bir əlqasi yoxdur. Bu barədə mətbuatda yayılmış xəbərlərdə yanlışlıq var. 

Google+ WhatsApp ok.ru