Bakıda silsilə oğurluqlar törədən qrup zərərsizləşdirilib

Bakıda silsilə oğurluq törətməkdə təqsirləndirilən 3 nəfər tutulub.
 
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, BŞBPİ Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 7-də Lökbatan qəsəbə sakini Araz Məmmədova məxsus qəsəbədə yerləşən mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatı, kassadan 300 manat, aprelin 23-də Lökbatan qəsəbəsi 28 May küçəsində quraşdırılmış “Milli ön” ödəmə terminalının qapısını sındırmaqla 625 manat, aprelin 16-na keçən gecə, Şanqar qəsəbə sakini Susanna Şərifovaya məxsus, həmin qəsəbədə yerləşən mağazadan, qapının asma qıfılını sındırmaqla içərisində 586 manat olan E-manat aparatını, aprelin 19-na keçən gecə Qobustan qəsəbə sakini Füzuli Sadıqova məxsus, həmin qəsəbədə yerləşən mağazadan, qapının qıfılını sındırmaqla tütün məmulatları, içkilər və 2 ədəd “Milli ön” aparatını sındırmaqla oğurluq etməkdə şübhəli bilinən Qızıldaş qəsəbə sakinləri - 1992-ci il təvəllüdlü İlkin Qabil oğlu Mustafayev, Qurban Yalçın oğlu Şəbiyev və 1989-cu il təvəllüdlü Aqil İbadət oğlu Qasımov tutulub.
 
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar aprelin 2-də Elxan Bayramova, martın 26-da İsmayıl Ağayevə məxsus mağazalardan oxşar  oğurluqlar ediblər. İ.Mustafayev və Q.Şəbiyev martın 9-da Bakı şəhər sakini İlqar Salmanova məxsus Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən mağazadan, qapını sındırmaqla tütün məmulatları və danışıq kartları,  Q.Şəbiyev Asif Alışanova,  Əli Müzəffərova və Mənsur Şahməmmədova məxsus mağazalardan oğurluq edib.

Google+ WhatsApp ok.ru