Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib (FOTO-VİDEO)

Saxlanılanlar var

 

Beynəlxalq Qüds günü münasibətilə İsrailin Azərbaycandakı səfirliyi qarşısında kütləvi aksiya keçirilib.

Maide.az-ın məlumatına görə, işğalçı İsrailin Azərbaycandakı səfirliyi qarşısında Azərbaycan İslam Partiyasının təşəbbüsü ilə Beynəlxalq Qüds günü münasibətilə “Biz zülmə yox deyirik!” şuarı altında kütləvi aksiya keçirilib. Aksiyada İsrailin qəsbkarlıq niyyətləri və əməllərinə qarşı “rədd olsun işğalçı rejimlər”, “Qəzzada müsəlman qətliamını dayandırın”, “Müqəddəs torpaqlardan- Qüdsdən murdar caynaqlarınızı çəkin!”, “Qarabağın işğalı Qüdsün işğalının davamıdır”, “Qəsbkarlara ölüm olsun”, “Sionist işğalçı İsrail rejiminə dünya birliyini yox deməyə çağırırıq”, Dünyanın bütün müsəlmanları, tərəqqipərvər insanlar, bəşəri cinayətlərə imza atan və onu davam etdirən qəsbkar, qondarma İsrail dövlətinə qarşı birləşin!” şüarları səsləndiriblər. Piketdə qəbul olunmuş qətnamə oxunub.Polis müdaxilə edərək, aksiyanı dağıdıb. Bir neçə nəfər saxlanılaraq, Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar.  Aldığımız məlumata görə, Qüds günü ilə bağlı aksiyaya hazırlıq görən AİP-in Masallı rayon şəbəsinin bir qrup fəalı gecə ilə polis şöbəsinə aparılıb.

 

 

Google+ WhatsApp ok.ru