Bakıda sürüşmə baş verdi 25 Noyabr 2019 08:40 Hadisə Bibiheybət məscidindən Bakı şəhəri istiqamətinə yeni yol bağlandı Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən Bakı şəhəri istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır. Maide.Az"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən məlumatına görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur. Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: “Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”. Teqlər : #Bakıda,#sürüşmə,#baş,#verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Astara yolunda yanacaq daşıyan maşın alovlandı - Bir nəfər yanaraq öldü Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub