Bakıda su kəməri deşildi, həyətləri su basdı

Bakıda bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsini su basıb.
 
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonuda su kəmərinin deşilməsi nəticəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və insanlar evlərdə köməksiz vəziyyətdə qalıblar.
 
Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 8 nəfərə müvafiq kömək göstəriblər. Əməliyyat saat 15:50-də başa çatıb. /
 

 

Google+ WhatsApp ok.ru