Bakıda sulu qar yağacaq, Azərbaycanın bəzi ərazilərində isə 15 dərəcə şaxta olacaq

Sabah Azərbaycan ərazisində havanın soyuq keçəcəyi, sulu qar və qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin soyuq, yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru kəsiləcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında dekabrın 3-də havanın temperaturu gündüz və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın bölgələrində hava fasilələrlə yağıntılı olacaq, sulu qar yağacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə dağlarda 5-10 bəzi yerlədə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Azərbaycanda qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-ə kimi davam edəcək.

Google+ WhatsApp ok.ru