Bakıda suyun verilməsində məhdudiyyət olacaq

Bakıda suyun verilməsində məhdudiyyət olacaq

-- magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar

Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar, dekabrın 25-də gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə - 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Bu barədə  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.(faktxeber)
 

Google+ WhatsApp ok.ru