Bakıda tələbələr peyğəmbəri təhqir edənlərə belə cavab verdi - FOTO

Tələbələr insanların kilsəyə rahat gəlmələri üçün yolları qar və buzdan təmizləyiblər.
 
Əziz İslam peyğəmbəri həzrəti Məhəmməd(s) haqqında karikatura hazırlandığı və Fransada bir sıra məscidlərə hücum olduğu zamanda bir qrup tələbə Bakıda maraqlı aksiya həyata keçirib.  
 
Maide.az "azadxeber"ə istinadən xəbər verir ki, Həzrət Məhəmmədin (s) mövlud günü münasibəti ilə qarlı havada, sübh tezdən Bakıda yerləşən kilsələrdən birinə gedən tələbələr, insanların kilsəyə rahat gəlmələri üçün yolları qar və buzdan təmizləyiblər. Onların bu addımı sosial şəbəkələrdə alqışlanaraq geniş marağa səbəb olub.
 
 
 

Google+ WhatsApp ok.ru