Bakıda Təcili Tibbi Yardım Stansiyasında yanğın olub, ölən var

Qaradağ rayonunun Sahil qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanğın baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə 1,5 kvm. sahədə olan əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada daimi yaşayış yeri olmayan, tüfeyli həyat tərzi keçirən Arif Rəhimovun yanmış meyiti tapılıb.
 
Araşdırma aparılır./

Google+ WhatsApp ok.ru