Bakıda taksilər yalnız xüsusi dayanacaqlarda gözləyə biləcək 05 Avqust 2017 01:00 Xəbərlər Azərbaycanın baş naziri Artur Rasi-zadə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, Qaydaların 9.5-ci bəndində “Taksilərin dayanacaq yeri” sözləri “Minik taksilərinin duracaq yeri” sözləri ilə və “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilib. Dəyişikliyə qədər Qaydaların 9.5-ci bəndində göstərilirdi ki, sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Taksilərin dayanacaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə edə bilər. Lakin Qaydalara dəyişiklik edilməklə, taksilərin sifariş gözləyərkən “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməsi məcburiləşdirilir. Teqlər : #Bakıda taksilər yalnız xüsusi dayanacaqlarda gözləyə biləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb Kürdə batan gəncin axtarışı üçün 5000 pul istədilər. Bakı-Astara magistralı bağlandı – Foto+Video