Bakıda taxta bazarında baş verən yanğın söndürülüb 23 Yanvar 2019 09:06 Hadisə Bakıda taxta bazarında baş verən yanğın söndürülüb. FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb. Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb. Teqlər : #Bakıda,#taxta,#bazarında,#baş,#verən,#yanğın,#söndürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəkidə avtomobili divara vuran sürücü xəstəxanada ölüb Gəncədə ticarət mərkəzində yanğın, xəsarət alan var