Bakıda tibb bacısı özünü 7-ci mərtəbədən ataraq intihar edib

Bakıda intihar hadisəsi baş verib.
 
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Naxçıvanski 81a ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
İntiharın səbəbləri məlum deyil.
 
Polisdən bildirilib ki, Jalə Teymurova Bakıdakı tibb müəssisələrindən birində tibb bacısı işləyib.
 
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Google+ WhatsApp ok.ru