Bakıda ticarət mərkəzində avtomobildən xeyli miqdarda pul oğurlanıb

Bakıda oğurluq hadisəsi baş verib.
 
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binə Ticarət Mərkəzində qeydə alınıb.
 
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Vahid oğlu Hidayətovun “KİA” markalı avtomobilindən 30 min Rusiya rublu və 17 min manat oğurlanıb.
 
Hazırda polis oğurluq hadisəsini törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.  

Google+ WhatsApp ok.ru