Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub  - YENİLƏNİB2 (VİDEO)

Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB2 (VİDEO)

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
 
Maide.Az bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, alov şiddətlənərək “8-ci kilometr bazarı”ndakı bir neçə obyekti də bürüyüb.
 
“Diqlas” ticarət mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
 
***
Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib. 
 
Maide.Az bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.
 
Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.
 
***
Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.
 
Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada cəlb olunub.
 
Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Bina təxliyyə edilir. 
 

Google+ WhatsApp ok.ru