Bakıda tikintidə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB

Bakıda tikintidə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB

 ilk xəbər 14:47-də verilib
 
Bakıda qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yükün aşması nəticəsində xəsarət alan 3 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib.
 
Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya deyib ki, xəsarət alanlardan birinin – 1991-ci il təvəllüdlü Cavid İsmayılovun vəziyyəti ağırdır. Onun daxili üzvləri zədələnib, dalağı partlayıb və hazırda üzərində cərrahiyyə əməliyyatı aparılır.
 
Kəllə-beyin travması alan 1994-cü il təvəllüdlü Samirə Qocayeva və 1992-ci il təvəllüdlü Elmira Muradovanın isə həyati təhlükələrinin olmadığı bildirilib.  /

Google+ WhatsApp ok.ru