Bakıda tortdan bunlar çıxdı - Foto

Bakıda 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb. Maide.az-ın Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 (iyirmi beş) ədəd ağ rəngli və 24 (iyirmi dörd) ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rauf Nadirov Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

5746_986538167.jpg

http://penitensiar.justice.gov.az/files.php?file=5747_983160114.jpg

http://penitensiar.justice.gov.az/files.php?file=5748_159620920.jpg

Google+ WhatsApp ok.ru