Bakıda uşaq bağçasında yanğın olub 22 Fevral 2016 02:00 Hadisə Bakıda uşaq bağçasında yanğın olub. Maide.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb. Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılan əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb. Yanğın zamanı 6 nəfəri yanğınsöndürənlər təxliyyə edib. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğını yanğınsöndürənlər söndürüb. Teqlər : #Bakıda uşaq bağçasında yanğın olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru FHN dənizdə köməksiz qalmış balıqçıları xilas edib Tikintidən iki qadının başına dəmir düşdü