Bakıda və Abşeronda havadakı tozun miqdarın sanitar normadan artıqdır

Bakıda və Abşeronda havadakı tozun miqdarın sanitar normadan artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Havada tozun miqdarı 26 avqustadək bir qədər də artacaq

"Bakı və Abşeron yarımadasında hazırda müşahidə edilən havada olan tozun miqdarının sanitar normadan artıqdır"  
 
Maide.İnfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirib.
 
Nazirlik onu da bildirib ki, bugün səhərdən günortayadək tozun miqdarı 20 faiz idisə, günortadan sonra daha 12 faiz artıb.
 
Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bunu Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxması ilə izah edib.
 
Ekoloq Telman Zeynalov BBC Azərbaycancaya bildirib ki, şərq küləyi Mərkəzi Asiya, xüsusən də Türkmənistan səhralarında qaldırdığı tozanağı Xəzər dənizinin qərbinə gətirib.
 
"Tozanağın özünün keçməyini gözləmək lazımdır", Milli Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri deyib.
 
Onun sözlərinə görə, hazırki toz dumanı yalnız gözə dola və ya qaşınmaya səbəb ola bilər.
 
Nazirlik 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağını proqnozlaşdırıb.
 
Səbəb, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olmasıdır, qurum bildirib.
 

Google+ WhatsApp ok.ru