Bakıda və Abşeron yarımadasında zəif toz dumanı gözlənilir

Bakıda və Abşeron yarımadasında zəif toz dumanı gözlənilir

Bakıda və Abşeron yarımadasında zəif toz dumanı gözlənilir.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında 09 sentyabr 2018-ci il tarixində gecə saatlarından etibarən zəif toz dumanı proqnozlaşdırılır.
 
Qeyd olunur ki, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
 
Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru