Bakıda `Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi açılıb

Bu gün Bakı Ekspo Mərkəzində beşinci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisinin (“CTE-2014”) açılış mərasimi olub.

 
Maide.az-ın məlumatına görə, açılış mərasimdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iştirak edib.

Məlumat verilib ki, “СТЕ” yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayacaq. Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir.

“CTE-2014” beynəlxalq sərgisində  77 şirkət iştirak edir.

Sərgidə şirkət və dövlət strukturları ilə yanaşı, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendlərini nümayiş etdirirlər.

Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək.

Sərgidə ətraf mühitin mühafizəsi üzrə problemlərə və onların həlli yollarına, eləcə də bir çox digər məsələlərə yönəltməklə, təbii resurslardan səmərəli istifadə sahəsində ən yeni məhsulları, sülb (bərk) tullantıların yığılması və utilizasiyası üzrə sistemləri və alternativ energetika avadanlıqlarının müasir nümunələrini nümayiş etdirəcək. Bu il sərginin fərqləndirici cəhəti çirkab suların turşulu qatışıqlar və ağır metallardan təmizlənməsi, suvarma üçün kənd təsərrüfatında və istehsalda təkrar istifadə məqsədilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır. Həmçinin, sərgidə ARDNŞ və BP şirkətləri tərəfindən suyun və qruntun təmizlənməsi, eləcə də zəhərli tullantıların idarə edilməsi üzrə yeni texnologiyalar nümayiş etdiriləcək.

Sərgi öz işini noyabrın 21-dək davam etdirəcək.

 

Google+ WhatsApp ok.ru