Bakıda Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş mövlud törəni keçirildi - FOTO

Bakıda Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş mövlud törəni keçirildi - FOTO

Bu günlər dünyada iki dünya qadınlarının Xanımı, Həzrət Rəsulallahın (s) gözünün nuru Həzrət Fatiməyi-Zəhranın (s.ə) mübarək mövludu günləri kimi qeyd olunur.  Bütün dünya üzrə müsəlman dünyası mövludla bağlı əzəmətli bayram tədbirləri təşkil edir.
 
Ölkəmizdə də Həzrət Zəhranın (s.ə) mövludu - Xanımlar bayramı ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir.
 
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bu gün möhtəşəm bayram tədbiri keçirib.
 
Ənənəvi olaraq bayram tədbiri Qurani-Kərimin tilavəti ilə başlanmışdır.
 
Müqəddəs ayələrin tilavəti başa çatdıqdan sonra Dövlət Himnimiz mərasim iştirakçıları tərəfindən cəmlə ifa edilmişdir.
 
Daha sonra “Əhli-Beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında bir-birindən gözəl ilahilər səsləndirilmişdir.
 
"Dünyaya gəlib bu gün Xanımların Sərvəri (s.ə)", "Fatimə (s.ə), Fatimə (s.ə)”  və digər bir-birindən gözəl ilahilərdən sonra  ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu mərasim iştirakçıları qarşısında çıxış edib. Bütün Zəhrasevərləri təbrik edən Hacı İlqar, bu böyük mövludun əhəmiyyətinə toxunub.
 
Hacı İlqar  Xanım Zəhra (s.ə) şəxsiyyətinin yalnız xanımlar üçün deyil, bütün bəşəriyyət üçün nümunə olduğunu deyib.
 
Sonda Hacı İlqar bir sıra dualar etmiş, o cümlədən torpaqlarımızın azadlığı, İslam dünyasında sülhün bərqarar olması, Zəmanə Sahibinin (ə.f)  zühurunun təcilini Uca Allahdan diləmişdir.
 
Çıxış edən dəyərli Əhli-Beyt (ə) şairi Hacı Səyyar, Həzrət Zəhranın (s.ə), eləcə də Əhli-Beytin (ə) şəninə yazılmış şeir və qəzəllərini səsləndirərək, tədbirə xüsusi rəng qatmışdır.
 
Növbəti çıxış edən dəyərli Əhli-Beyt (ə) şairi Seyid Nurəddin Dərafərin, Həzrət Zəhranın (s.ə), Məsum İmamların (ə) şəninə yazılmış şer və qəzəllərini səsləndirərək, tədbirə gözəllik qatmışdır.
 
Tədbirin davamında dəyərli Əhli-beyt (ə) məddahı Kərbəlayi Oktay Qubalı Xanım Zəhra (s.ə) şənində ilahilərini tədbir iştirakçılarına ərməğan edib.
 
Tədbir cəmlə "Fərəc" duasının oxunuşu ilə yekunlaşıb. /deyerler.org /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru