Bakıda yaşayış binasında yanğının söndürülməsinə 10-dan artıq maşın cəlb olunub - VİDEO - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğının söndürülməsinə 10-dan artıq maşın cəlb olunub - VİDEO - YENİLƏNİB

-- hadisə Səbail rayonunda, `Azneft` meydanı yaxınlığında...

 
(ilk xəbər  bu gün 09:24-də dərc olunmuşdur) 
 
Bakıda yaşayış binasında yanğın davam edir.
 
Maide.Az bildirir ki, APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.
 
Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.
 
Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.
 
Sakinlər binadan təxliyə olunub.
 
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
 
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
 
Alovun qarşısının alınması üçün tədbirlər görülür.
 

Google+ WhatsApp ok.ru