Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər ölüb 10 Yanvar 2020 08:38 Hadisə Bakıda yaşayış binasında yanğın baş verib. Maide.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Teqlər : #Bakıda,#yaşayış,#binasında,#yanğın,#olub,#nəfər,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abşeron Gənclər Şəhərciyində yanğın Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub (RƏSMİ)