Bakıda yaşayış evi partladı, iki nəfər xəstəxanaya yerləşdirildi

Bakıda yaşayış evi partladı, iki nəfər xəstəxanaya yerləşdirildi

Hadisə nəticəsində evin dam örtüyü yararsız hala düşüb

Bakıda fərdi yaşayış evində partlayış olub.
 
Maide.az-ın Trend-ə istinadla məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
 
Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış baş verib.
 
Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Hadisə nəticəsində evin dam örtüyü yararsız hala düşüb.

Google+ WhatsApp ok.ru