Bakıda yanacaq daşıyan maşın partlayıb, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb -Yenilənib

10:36

"Maide.az" FHN-in saytına istinadən xəbərm verir ki, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və  ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

08:14

Bakının Səbayıl rayoununda yanacaq daşıyan maşın partlaması nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.

Bunu Trend-ə Yasamal rayon Təhlükəsizlik İdarəsindən bildiriblər.

Məlumata əsasən, partlayış gecə 23:30 radələrində Bakı Dairəvi yolunda baş verib. Hadisə yerinə 5 yanğınsöndürən briqadası cəlb olunub.

Yanğın bir neçə saat sonra  söndürülüb.  Partlayış nəticəsində Bakı şəhərinin bəzi yerlərində qısa qapanmalar müşahidə olunub.

Yaralanmış yanacaq daşıyan maşının sürücüsu Bakının kliniklarının birinə yerləşdirilib.

İlkin məlumata görə, sürücü yüksək sürət səbəbindən idarəetməni itirib.

"Bakıelektrikşəbəkə" ASC-dən Trend-ə verilən məlumata görə, Yasamal və Nəsimi rayonlarının bəzi yerlərində işıq verilməsində fasilələr yaranıb.

Hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün "Bakıelektrikşəbəkə" ASC-nin briqadaları işləyib. /

 

Google+ WhatsApp ok.ru