Bakıda yanğında ölənlərin sayı 15-ə çatıb

Mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində xəsarət almış 56 nəfərə tibbi yardım göstərilib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4  Travmatologiya və Ortopediya İnstitutuna, 1 Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.
 
Onun sözlərinə görə, hadisə yerindən 14 meyit götürülüb. Bundan başqa, 1 nəfər Klniki Tibbi Mərkəzdə vəfat edib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.
 
Liya Bayramova xəsarət alanların çoxunun artıq evə buraxıldığını bildirib. Hazırda sadəcə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 14 nəfər qalıb ki, onların da vəziyyəti yaxşıdır. 

Google+ WhatsApp ok.ru