Bakıda yanğın olub, ölənlər var

Bakıda yanğın olub, ölənlər var

Bakıda yanğın olub, ölənlər var.
 
FHN-dən "Report"a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb. 
 
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.
 

Google+ WhatsApp ok.ru