Bakıda yenə yol bağlanılır

Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyindən bildiriblər.
 
Məlumata əsasən, saat 22:00-da Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsindən İzmir küçəsinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. 
 
Qeyd edilən ərazidə yolun hərəkət hissəsində üfüqi nişanlanma işləri həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru