Bakıda yeni foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazları quraşdırılacaq

Bakıda yeni foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazları quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər ərazisində foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının quraşdırılmasına başlayır.
 
Dövlət Satın Almalarının Vahid Reyestrinin məlumatına görə, bu məqsədlə avqustun 1-də iki müqavilə imzalanıb.
 
Hər iki müqavilə müsabiqə satın alma proseduru keçirilmədən "ARIS" MMC-ə verilib. 1 mln. 201,8 min manat (707 min dollar) dəyərində olan birinci müqavilə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınmasını və quraşdırılmasını nəzərdə tutur. İkinci müqavilə çərçivəsində şirkət BNA-ə bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avadanlıqları təqdim edəcək. İkinci müqavilənin dəyəri 1 mln. 595,4 min manatdır (938,4 min dollar).
 
Alınan cihazların və avadanlıqların say göstəriciləri barədə məlumat verilmir./ contact.az

Google+ WhatsApp ok.ru